Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-nin İraqdakı səfirliyi ölkədəki vətəndaşlarını yerli şiə qruplaşmalarının ABŞ obyektlərinə yeni hücum riskləri barədə xəbərdar edib.
Moderator.az xəbər verir ki, müvafiq məlumat diplomatik missiyanın rəsmi saytında yerləşdirilib.
"Böyük ehtimalla, onlar (qruplaşmalar - red.) bütün İraq boyu, o cümlədən İraq Kürdüstanında ABŞ vətəndaşlarına və ABŞ ilə əlaqəli obyektlərə qarşı yeni terror aktları törətmək niyyətindədirlər", - məlumatda deyilir.
Qeyd edilib ki, bundan əvvəl, aprelin 8-də İraqın şiə qruplaşmaları pilotsuz uçuş aparatlarından istifadə edərək Bağdad beynəlxalq hava limanı ərazilərinə və ABŞ-nin diplomatik dəstək mərkəzinə hücum ediblər. Səfirlik əlavə edib ki, ABŞ və İran arasında elan edilən atəşkəs fonunda ölkənin hava məkanı açıldığı təqdirdə belə, ABŞ vətəndaşları İraqa səfərlərdən birmənalı şəkildə çəkinməlidirlər.