Dünya
315
10:00, Bu gün

"Financial Times"dan SENSASİYA: Tramp martın 21-dən İrana "yalvarırmış"

Qərbin nüfuzlu nəşrlərindən olan "Financial Times"ın yaydığı son məlumatlar regiondakı atəşkəs təşəbbüsü ilə bağlı şok faktları ortaya çıxarıb.
 
Moderator.az xəbər verir ki, əslində atəşkəsin təşəbbüskarı İran hökuməti deyil, məhz ABŞ prezidenti Donald Tramp olub.
 
Nəşrin yazdığına görə, Tramp administrasiyası həftələrlə gizli şəkildə atəşkəs üçün təzyiq göstərib.
 
Vaşinqtonun bu addımı atmaqda əsas məqsədi İranın Hörmüz boğazı üzərindəki nəzarətindən qaynaqlanan iqtisadi yükü azaltmaq olub.
 
Bu prosesdə vasitəçi qismində Pakistandan istifadə edilib. Pakistan ordusunun qərargah rəisi Asim Munir həm İran rəsmiləri ilə, həm də ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff, vitse-prezident Cey Di Vens və şəxsən Trampla sıx təmasda olub.
 
Maraqlıdır ki, bu təmaslar hətta Trampın İran sivilizasiyasını məhv etməklə hədələdiyi çərşənbə axşamı günündən sonra da davam edib.
 
Diplomatik kanallara yaxın 5 fərqli mənbənin verdiyi məlumata görə, Tramp hələ martın 21-dən, İranın elektrik stansiyalarına zərbə endirəcəyi ilə bağlı ilk təhdidini səsləndirdiyi vaxtdan bəri atəşkəs üçün müraciətlər edib.
 
Bu sensasiyalı məlumatlar Tramp administrasiyasının İranla bağlı rəsmi bəyanatları ilə tamamilə ziddiyyət təşkil edir.
 
Ağ Evin rəsmi mövqeyi ondan ibarət idi ki, davamlı bombardmanlar və məhv edilmə hədələri zəifləmiş və ruhdan düşmüş İran rejimini ABŞ ilə razılığa gəlməyə məcbur edib.
 
Cəmi iki həftə əvvəl Tramp bu barədə belə demişdi:
 
"Mən yox, onlar razılaşma üçün yalvarırlar. Orada nələrin baş verdiyini görən hər kəs onların niyə saziş imzalamaq istədiyini başa düşər... Onlar razılığın əldə olunması üçün yalvarırlar".
 
ABŞ və İran arasında sülh danışıqlarının cümə günü İslamabadda keçirilməsi gözlənilir. Lakin İran parlamentinin spikeri artıq bəyan edib ki, ABŞ və İsrail onsuz da kövrək olan atəşkəsin şərtlərini pozublar. /Musavat.com/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər