Tarixdə ilk dəfə Ayın orbitindən Beynəlxalq Kosmik Stansiyasına zəng edilib
Dünya
346
08:25, Bu gün

Tarixdə ilk dəfə Ayın orbitindən Beynəlxalq Kosmik Stansiyasına zəng edilib

"Artemis II" missiyasının astronavtları Beynəlxalq Kosmik Stansiyaya (BKS) zəng edə biliblər. Kosmosda bu cür ünsiyyət tarixdə ilk dəfə baş tutub.
 
Moderator.az bu barədə "ScienceAlert" nəşrinə istinadən xəbər verir.
 
Zəng anında kosmik gəmi ilə BKS arasındakı məsafə təxminən 370 min km təşkil edib. Zəng Hyustondakı Uçuşları İdarəetmə Mərkəzi tərəfindən təşkil olunub.
 
Zəng zamanı "Artemis II" astronavtı Kristina Kuk BKS-də olan Cessika Meyrlə söhbət edə bilib. 2019-cu ildə onlar birlikdə dünyada ilk dəfə yalnız qadınların iştirak etdiyi açıq kosmosa çıxışı həyata keçirmişdilər.
 
Qeyd edək ki, "Artemis II" missiyası 1972-ci ildən bəri Aya ilk pilotlu uçuş olub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər