Ağ Ev:
Dünya
217
08 Apr 2026 | 23:55

Ağ Ev: "İran tamamilə fərqli sülh planı təqdim edib"

"Vaşinqton Administrasiyası İranla danışıqları yalnız Hörmüz boğazının gəmiçilik üçün açıq olması şərtilə aparmaq niyyətindədir".

Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə bildirib.

Ağ Ev iddia edir ki, İran ABŞ-yə "tamamilə fərqli" 10 bənddən ibarət sülh planı təqdim edib və danışıqlar üçün əsas olaraq məhz bu plan götürülüb.

"Prezident Donald Tramp yalnız ABŞ-nin maraqlarına tamamilə uyğun gələn saziş bağlayacaq", - deyə o bildirib.

Livittin sözlərinə görə, danışıqçılar qrupu iki həftə ərzində buna diqqət yetirəcək, bu müddətdə boğaz məhdudiyyətsiz və gecikmədən açıq qalmalıdır.

Bundan əlavə, ABŞ Administrasiyası İranın Hörmüz boğazını bağlaması barədə məlumatların həqiqətə uyğun olmadığını iddia edir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər