Niderlandın taxt-tac varisi orduda - Şahzadə Amaliya kapral rütbəsi aldı
Dünya
212
08 Apr 2026 | 22:40

Niderlandın taxt-tac varisi orduda - Şahzadə Amaliya kapral rütbəsi aldı

Niderlandın vəliəhd şahzadəsi Amaliya kapral rütbəsi alaraq təcrübəçi qismində Kral Hərbi Hava Qüvvələrinin ehtiyat heyətinə daxil olub.

Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Krallığın Müdafiə Nazirliyi rəsmi açıqlama yayıb.

Bildirilib ki, taxt-tac varisiliyinə namizəd Kral Hərbi Hava Qüvvələrinin ehtiyat heyətinin fərqlənmə nişanını qəbul edərək vəzifəsinin icrasına başlayıb.

Bundan öncə o, Haaqada Müdafiə Nazirliyində təcrübə keçib, yanvar ayında isə Müdafiə Kollecində baza hərbi hazırlıq kursunu bitirərək silahla davranış və naviqasiya qaydalarına yiyələnib.

Xəbərdə o da vurğulanır ki, Niderland Kralı Villem-Aleksandr hərbi dəniz qüvvələrində xidmət keçib və həmçinin hərbi hava qüvvələrinin nəqliyyat pilotu ixtisasına sahibdir. Onun xanımı Kraliça Maksima isə lazımi hazırlıqları keçdikdən sonra quru qoşunlarının ehtiyat heyətində yer alır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər