23:21
8°C
Bakı
Belçikanın xarici işlər naziri Maksim Prevo İsrailin Beyruta endirdiyi növbəti zərbənin hədəfinə tuş gələ biləcəyini, zərbənin nazir və nümayəndə heyətinin olduğu Belçika səfirliyindən cəmi bir neçə yüz metr aralıya endirildiyini bəyan edib.
Moderator.az xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Livan prezidentinin İsraillə atəşkəs danışıqlarına başlamaq təklifini alqışlamağa macal tapmamışdım ki, İsrail heç bir xəbərdarlıq etmədən münaqişənin başlanğıcından bəri ən güclü zərbələrindən birini endirdi. Mövcud məlumata görə, yüzlərlə dinc sakin zərər çəkib. Mən və nümayəndə heyətim raket zərbələrinin endirildiyi yerdən cəmi bir neçə yüz metr aralıda - səfirlikdə idik"', - deyə Prevo bildirib.