00:07
8°C
Bakı
İranın son şahının oğlu Rza Pəhləvi Tehranla atəşkəsin elan edilməsindən sonra "Instagram"da ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunu izləmədən çıxarıb.
Moderator.az bildirir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz "Telegram" kanalında məlumat yayıb.
"Əlahəzrət sultan qəzəblənib və sosial şəbəkələrdə Tramp və Netanyahunu izləmədən çıxarıb", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, keçmiş vəliəhd şahzadə öz həmvətənlərini küçələrə çıxmağa və tətillər təşkil etməyə çağırırdı.