23:17
8°C
Bakı
İranın Fars əyalətinin Lar şəhərinin səmasında "Hermes 900" pilotsuz uçuş aparatı məhv edilib.
Moderator.az RBK-ya istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, dron hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. SEPAH-dan bildirilib ki, döyüş əməliyyatları aparılmasa belə, ABŞ və ya İsrail təyyarələrinin İranın hava məkanında görünməsi atəşkəs rejiminin pozulması kimi qiymətləndirilir və cavab tədbirlərinə səbəb olacaq.
"Tasnim"in məlumatına görə, Pakistanın Baş naziri Şahbaz Şərif tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb və qeyd edib ki, atəşkəsin pozulması barədə xəbərlər sülh prosesinə xələl gətirir.