Marneulidə azərbaycanlı merin qardaşına ittiham irəli sürüldü
Dünya
333
19:37, Bu gün

Marneulidə azərbaycanlı merin qardaşına ittiham irəli sürüldü

Gürcüstan Prokurorluğu Marneuli bələdiyyəsində baş vermiş qrup halında sağlamlığa xəsarət yetirmə faktı üzrə Marneuli meri Daur İsmayılovun qardaşı Kənan İsmayılova qarşı ittiham irəli sürüb.

Moderator.az bu barədə Gürcüstan Prokurorluğunun rəsmi saytına istinadən xəbər verir.

"Daxili İşlər Nazirliyində davam edən istintaq çərçivəsində müəyyən edilib ki, 6 aprel 2026-cı il tarixində Marneuli bələdiyyəsində təsərrüfat fəaliyyəti ilə bağlı münaqişə zəminində ittiham olunan şəxs öz əlaltıları ilə birlikdə zərərçəkmişə dəyənəklərlə bədən xəsarətləri yetirib.

Elə həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları ittiham olunan şəxsi həbs ediblər. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi (qrup halında qəsdən sağlamlığa yüngül zərər vurma) ilə ittiham irəli sürülüb ki, bu da üç ildən beş ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluq qanunla müəyyən edilmiş müddətdə ittiham olunan şəxs barəsində qətimkan tədbiri kimi həbs qərarının çıxarılması üçün məhkəməyə vəsatət verəcək.

Daxili İşlər Nazirliyində cinayətdə iştirakı olan digər şəxslərin şəxsiyyətinin müəyyən edilməsi məqsədilə istintaq davam etdirilir", - deyə prokurorluğun məlumatında bildirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər