“Tasnim”: Livana hücumlar davam edərsə, İran atəşkəs razılaşmasından çıxa bilər
Dünya
358
18:50, Bu gün

“Tasnim”: Livana hücumlar davam edərsə, İran atəşkəs razılaşmasından çıxa bilər

İran İsrailin atəşkəsi pozaraq İrana hücum etmə ehtimalına qarşı cavab tədbirləri üzrə planı yekunlaşdırır.

Moderator.az xəbər verir ki, bu barədə anonim iranlı rəsmi “Fars” agentliyinə danışıb.

Bildirilib ki, İran müvəqqəti atəşkəsin İsrail tərəfindən davamlı şəkildə pozulması və Livana hücumlar fonunda İsrailin hərbi mövqelərinə qarşı çəkindirici əməliyyatın həyata keçirilməsi üçün yekun qərar üzərində işləyir.

“Tasnim” isə mənbəyə istinadən xəbər verir ki, İran Livana hücumlar davam edərsə, atəşkəs razılaşmasından çıxa bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər