Hörmüz boğazında zərbə alan gəmidəki itkin düşmüş dənizçilərin taleyi məlum oldu
Dünya
306
16:57, Bu gün

Hörmüz boğazında zərbə alan gəmidəki itkin düşmüş dənizçilərin taleyi məlum oldu

Hörmüz boğazından keçərkən zərbəyə məruz qalan və partlayış baş verən Tailandın "Mayuree Naree" gəmisində itkin düşmüş üç dənizçinin öldüyü məlum olub.

Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Tailandın xarici işlər naziri Sixasak Pxuanqketkeu brifinqdə çıxışı zamanı məlumat verib.

"Təəssüf ki, axtarış-xilasetmə işlərindən sonra zədələnmiş gəminin üç ekipaj üzvünün həlak olduğu üzə çıxıb. Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm", - deyə o bildirib.

Xatırladaq ki, Tailand Dənizçilik Departamenti daha əvvəllər martın 11-də Hörmüz boğazından keçərkən "Mayuree Naree" gəmisinin arxa hissəsində partlayış barədə məlumat vermişdi. Gəmidə olan 23 ekipaj üzvündən 20-si xilas edilərək Omanın Xasab limanına aparılmış və daha sonra onlar təhlükəsiz şəkildə evlərinə qayıtmışdılar. Üç dənizçi isə itkin düşmüş hesab edilmişdi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər