ABŞ-İran atəşkəsi fonunda Yaxın Şərq ölkələrinə hücumlar edilir
Dünya
162
16:10, Bu gün

ABŞ-İran atəşkəsi fonunda Yaxın Şərq ölkələrinə hücumlar edilir

ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, Yaxın Şərqdə hələ də ayrı-ayrı hücumlar qeydə alınmaqdadır.

Moderator.az xəbər verir ki, bu barədə çərşənbə günü BBC məlumat yayıb.

Bildirilir ki, İsrail rəsmisinin sözlərinə görə, səhər saatlarında ölkəsi İrana zərbələr endirib. İsrailin özündə də çoxsaylı partlayış səsləri eşidilib. Bəhreyndə həyəcan siqnalı işə düşüb və vətəndaşlara sığınacaqlara getmələri tövsiyə edilib.

Həmçinin ABŞ-nin İranla atəşkəs elan etməsindən bir neçə saat sonra Manamada partlayışlar baş verib. Krallığın Daxili İşlər Nazirliyindən bildirilib ki, mülki müdafiə qüvvələri İranın zərbəsindən sonra obyektdə başlayan yanğını söndürürlər. Qurum zərərçəkənlər barədə məlumat verməyib.

Qətərin Müdafiə Nazirliyi isə ölkə istiqamətində atılan İran raketlərinin havada zərərsizləşdirildiyini bəyan edib.

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi öz bəyanatında ölkənin hazırda İrandan gələn raket zərbələri və yaxınlaşan pilotsuz uçuş aparatları ilə üzləşdiyini vurğulayıb.

Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi son bir neçə saat ərzində hücum təhlükəsi ilə bağlı ən azı iki xəbərdarlıq yayımlayıb. Lakin sonradan vəziyyətin tam təhlükəsiz olduğu elan edilib.

"Mehr" agentliyinin verdiyi məlumata görə, ABŞ ilə atəşkəs elan olunduqdan sonra İranın Lavan adasında yerləşən neft emalı zavodunda bir neçə partlayış qeydə alınıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər