Bizi sosial şəbəkələrdən izləyin:
İran ABŞ-nin atəşkəslə bağlı Tehranın irəli sürdüyü 10 şərti qəbul etdiyini iddia edir.
Moderator.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, İran tərəfinin ABŞ-nin "razılaşmağa məcbur olduğu" şərtləri arasında hücum etməmək prinsipi, Hörmüz boğazı üzərində nəzarətin Tehranda qalması, ölkə ərazisində uranın zənginləşdirilməsi prosesinə razılıq, həmçinin əsas və ikinci dərəcəli sanksiyaların ləğvi yer alır.
Bundan əlavə, İran dövlət televiziyasının iddiasına görə, ABŞ İrana kompensasiya ödənilməsi, regiondakı bütün Amerika qüvvələrinin çıxarılması və bütün cəbhələrdə, o cümlədən Livandakı "islam müqaviməti"nə qarşı hərbi əməliyyatların dayandırılması ilə bağlı bəndlərlə də razılaşıb.