Bəhreyn BMT Təhlükəsizlik Şurasını öhdəliklərini yerinə yetirə bilməkdə günahlandırıb
Dünya
381
07 Apr 2026 | 23:55

Bəhreyn BMT Təhlükəsizlik Şurasını öhdəliklərini yerinə yetirə bilməkdə günahlandırıb

Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyani bildirib ki, BMT Təhlükəsizlik Şurası öz öhdəliklərini yerinə yetirə bilməyib.

Moderator.az Yaxın Şərq KİV-nə istinadən xəbər verir ki, o, bunu Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və İordaniya adından birgə bəyanatı oxuyarkən bildirib.

"Ölkələr bu gün sizə təqdim edilən qətnamənin qəbul olunmamasından təəssüfləndiklərini bildirirlər. Şura qətiyyətli və təxirəsalınmaz tədbirlər tələb edən qanunsuz hərəkətlərə münasibətdə öz öhdəliklərini yerinə yetirə bilmədi. Biz ümid edirdik ki, qətnamə layihəsi beynəlxalq hüquqa əsasən heç bir ölkənin bağlamaq hüququ olmadığı beynəlxalq dəniz yolu kimi Hörmüz boğazında gəmiçiliyin azadlığını təmin edəcək uzunmüddətli həllə doğru bir addım olacaq", - Bəhreyn XİN rəhbəri bildirib.

Daha əvvəl məlumat verilmişdi ki, Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazı ilə bağlı qətnaməsinə veto qoyub.

Link kopyalandı!
Son xəbərlər