02:01
11°C
Bakı
Cənubi Asiya ölkələri istehsal böhranı ilə üz-üzədir.
Moderator.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "TRT Haber"in canlı yayımında deyib.
"Cənubi Asiya ölkələri istehsal böhranı ilə üz-üzədir", - C. Yılmaz bildirib və əlavə edib ki, bütün dünya Hörmüz boğazının açılması ilə iqtisadi problemləri aradan qaldırmaq istəyir.
Onun sözlərinə görə, Hörmüz boğazının bloklanması Cənubi Asiya ölkələri ilə yanaşı, Avropa və ABŞ-yə də təsir göstərir:
"Bu xarici bir şokdur. Bizim nəzarətimizdə olan bir şey deyil. Amma biz güclü iqtisadiyyata, siyasi sabitliyə sahib ölkə olaraq bu xarici şokla mübarizə aparırıq. İlk andan etibarən tədbirlər görülüb".