23:03
12°C
Bakı
İstanbulun Beşiktaş rayonunun Levent məhəlləsində yerləşən İsrail baş konsulluğuna silahlı hücumla bağlı aparılan təhqiqat çərçivəsində daha iki nəfər saxlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi "X" sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, hücum zamanı yaralanan iki polis əməkdaşı uğurla əməliyyat olunub və onların vəziyyəti yaxşıdır.
Nazir insidentin hərtərəfli təhqiq edilməsi üçün araşdırmaların davam etdiyini vurğulayıb.
Qeyd edək ki, daha əvvəl hücumla əlaqəli olduğu bildirilən beş nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.