BMT TŞ-nin Hörmüz boğazı ilə bağlı qətnaməsinə veto qoyulub
Dünya
223
20:40, Bu gün

BMT TŞ-nin Hörmüz boğazı ilə bağlı qətnaməsinə veto qoyulub

Bəhreynin Hörmüz boğazı ilə bağlı hazırladığı qətnamə BMT Təhlükəsizlik Şurasında (TŞ) keçirilən səsvermədə qəbul edilməyib.

Moderator.az TASS agentliyinə istinadən xəbər verir ki, qətnamənin lehinə Təhlükəsizlik Şurasının 11 üzvü səs verib, Rusiya və Çin əleyhinə çıxıb, Pakistan və Kolumbiya isə bitərəf qalıb.

TŞ-nin daimi üzvlərinin əleyhinə səs verməsi səbəbindən sənəd qəbul olunmayıb.

Qətnamədə bu strateji su yolunda kommersiya marşrutlarında marağı olan ölkələr naviqasiya təhlükəsizliyini və boğazın açıqlığını təmin etmək üçün müdafiə səylərini əlaqələndirməyə çağırılırdı.

Sənəddə həmçinin İrandan ticarət gəmilərinə hücumları və sərbəst keçidə hər hansı maneələri dərhal dayandırması tələb olunurdu. Mətnə əsasən, beynəlxalq dəniz hüququ normalarına riayət olunmasının vacibliyi vurğulanırdı.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər