Dağıstanda regional xarakterli fövqəladə vəziyyət rejimi tətbiq olunub
Dünya
257
19:05, Bu gün

Dağıstanda regional xarakterli fövqəladə vəziyyət rejimi tətbiq olunub

Dağıstanda regional fövqəladə vəziyyət rejimi tezliklə federal səviyyəyə qaldırılacaq.

Moderator.az xəbər verir ki, bunu Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov prezident Vladimir Putinin rəhbərliyi ilə Dağıstandakı təbi fəlakətin nəticələrinin aradan qaldırılmasına həsr olunan müşavirədə bildirib.

Onun sözlərinə görə, Dağıstanda təbii fəlakət nəticəsində altı nəfər həyatını itirib, 200-dən çox insan xilas edilib.

Respublikanın rəhbəri Sergey Melikov bildirib ki, Dağıstanda daşqınlar 842 sosial əhəmiyyətli obyektə ziyan vurub. O, güclü yağışlardan sonra baş verən kütləvi daşqınlar səbəbindən 1,5 milyona qədər Dağıstan sakininin fövqəladə vəziyyət zonasında olduğunu söyləyib.

Melikov sel və torpaq sürüşmələrinin 97 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsini pozduğunu bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər