20:47
12°C
Bakı
Fransa həbsdəki İran vətəndaşı Məhdiyə Esfəndiyarini azad edib.
Moderator.az xəbər verir ki, bu barədə İran mediası dövlət rəsmilərinə istinadən xəbər yayıb.
Məlumata görə, bu, İranda saxlanılan iki fransızın azadlığa buraxılması və Fransanın Beynəlxalq Ədalət Məhkəməsində İrana qarşı şikayətini geri götürməsi müqabilində baş verib.
Qeyd edək ki, İranda həbsdə olan Fransa vətəndaşları Sesil Kohler və Jak Paris azad edilərək ölkələrinə qaytarılıblar.