İstanbulda İsrail konsulluğuna hücum edən şəxslərdən biri İŞİD üzvü çıxdı - YENİLƏNİB
Dünya
191
18:55, Bu gün

İstanbulda İsrail konsulluğuna hücum edən şəxslərdən biri İŞİD üzvü çıxdı - YENİLƏNİB

İstanbulun Beşiktaş rayonunun Levent məhəlləsində yerləşən İsrail konsulluğunun qarşısında atəş açan şəxslərdən birinin İŞİD terror təşkilatının üzvü olduğu məlum olub.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "SABAH" nəşri məlumat yayıb.

Məlumata görə, hücumu həyata keçirən şəxslərdən biri zərərsizləşdirilib, iki nəfər isə yaralanıb. Aparılan araşdırmalar nəticəsində öldürülən hücumçunun İŞİD terror təşkilatı ilə birbaşa əlaqəsinin olduğu müəyyən edilib.

Hadisə yerində zərərsizləşdirilən şəxslərin şəxsiyyəti artıq istintaqa məlumdur. Hücumla əlaqəli olduğu bildirilən daha 5 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Türkiyə təhlükəsizlik qüvvələri İstanbuldakı İsrail baş konsulluğunun qarşısında xüsusi təyinatlı polis qüvvələrinə hücum edən terrorçularla əlaqədə şübhəli bilinən iki nəfəri saxlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "TRT Haber" polisdəki mənbələrinə istinadən məlumat yayıb.

Qeyd etmək lazımdır ki, İsrail baş konsulluğu iri şirkətlərin və bankların ofislərinin olduğu Levent biznes rayonunda yerləşir. Diplomatik nümayəndəlik son iki il yarımdır ki, bağlıdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər