ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) növbəti ilin büdcəsində 785 ədəd "Tomahawk" qanadlı raketinin alınması üçün 3 milyard dollar, 540 ədəd "Standard Missile 6" ("SM-6") zenit raketi üçün isə 4,33 milyard dollar tələb edib.
Moderator.az xəbər verir ki, bu barədə "İnterfaks" "The War Zone" nəşrinə istinadən məlumat yayıb.
Beləliklə, qanadlı raketlərin satınalma həcmi ötən maliyyə ili ilə müqayisədə 14 dəfədən çox, raket əleyhinə müdafiənin isə 3,3 dəfə arta bilər. Müqayisə üçün: daha əvvəl Konqres yalnız 55 ədəd "Tomahawk" raketi (258 milyon dollar) və 166 ədəd "SM-6" (1,41 milyard dollar) üçün vəsait ayırmışdı.
Genişmiqyaslı tələb Yaxın Şərq münaqişəsi fonunda silah ehtiyatlarının sürətlə azalması ilə əlaqədardır: İranla müharibənin əvvəlindən ABŞ HDQ artıq 850-yə yaxın "Tomahawk" raketindən istifadə edib.
Bu sistemlər ABŞ HDQ-nin gücünün əsasını təşkil edir. 1,6 min km məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malik "Tomahawk" raketləri ilə esmineslər və zərbə sualtı qayıqları silahlandırılıb, "SM-6" isə gəmilərin raket əleyhinə müdafiəsinin əsas aləti kimi çıxış edir. Bununla yanaşı, hər iki növ raket Pentaqonun arsenalında ən bahalı və texnoloji cəhətdən ən mürəkkəb nümunələrə aiddir.