Dünya əhalisinin sayı planetin dayanıqlığı üçün məqbul səviyyəni keçib
Dünya
468
18:30, Bu gün

Dünya əhalisinin sayı planetin dayanıqlığı üçün məqbul səviyyəni keçib

Yer kürəsinin əhalisinin sayı planetin dayanıqlığı üçün məqbul səviyyəni keçib.

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Environmental Research Letters" jurnalı bir elmi araşdırmaya istinadən məlumat yayıb.

Tədqiqatın müəllifləri demoqrafik tendensiyaları və enerjiyə, suya, faydalı qazıntılara, digər resurslara olan cari tələbi nəzərə alaraq bəşəriyyətin dayanıqlığı barədə proqnozlar veriblər.

Alimlər qeyd ediblər ki, dünya əhalisi XXI əsrin ikinci yarısında 11-12 milyard nəfərə çata bilər. Bu zaman qlobal istiləşmə təhlükəsini və ekosistemlərin fəlakətli deqradasiyasını azaltmağa kömək edəcək optimal səviyyə 2.5 milyard nəfərdir.

Tədqiqatçıların fikrincə, tarixdə dönüş nöqtəsi XX əsrin ortaları olub. İkinci Dünya müharibədən sonrakı dövr insanların sayının kəskin artımını və planetin resurslarının sürətlə istehlakının yeni yollarının icadını birləşdirib. Bu da Yer kürəsinin flora və faunasına həddindən artıq təzyiq göstərib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər