Netanyahu İrana zərbələrin davam etdiyini bildirib
Dünya
127
18:18, Bu gün

Netanyahu İrana zərbələrin davam etdiyini bildirib

İsrailin Baş naziri Benyamin Netanyahu İranda körpü və dəmir yollarının hədəf alınmasını təsdiqləyib.

Moderator.az “Ynet”ə istinadla xəbər verir ki, Netanyahu bu hücumların getdikcə artan dəqiqliklə davam etdiyini bildirib.

O, bu infrastrukturun SEPAH tərəfindən istifadə olunduğunu əlavə edib.

“Onlar bu infrastrukturu silah-sursatlar üçün xam maddənin, bizə, ABŞ-a və region ölkələrinə hücum edən şəxslərin daşınmasında istifadə edirlər”, - Baş nazir vurğulayıb.

İsrail Müdafiə Qüvvələri isə İranda 8 körpünü vurduqlarını açıqlayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər