Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir müavinləri təyin edildi
Dünya
260
18:10, Bu gün

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir müavinləri təyin edildi

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırovun müvafiq əmrləri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini vəzifəsinə təyin olunmuş Fəttah Fəttayev və Turanə Məcidli kollektivə təqdim ediliblər.

Moderator.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, tədbirdə MÜTDA-nın direktoru Eşqi Bağırov, direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, MÜTDA-nın və idarənin struktur bölmə rəhbərləri iştirak ediblər.

Tədbirdə Eşqi Bağırov yeni təyinat münasibətilə müdir müavinlərini təbrik edib, paytaxtın təhsil həyatında baş verən yeniliklərdən danışıb. E.Bağırov təhsilin inkişafı, təhsilin keyfiyyətinin artırılması məqsədilə reallaşdırılan tədbirləri nəzərə çatdıraraq yeni təyinatların paytaxt təhsilinin uğurlarının artırılmasına töhfə verəcəyinə inandığını bildirib.

Yeni müavinlər onlara göstərilən etimada görə minnətdarlıqlarını ifadə ediblər, üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklərini söyləyiblər.

Qeyd edək ki, bu təyinata qədər Fəttah Fəttayev Bakı şəhəri 214 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, Turanə Məcidli isə BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri vəzifəsində çalışıblar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər