İsrail ordusu Cənubi Azərbaycanın Zəncan əyalətindəki Emin-Abad rayonu yaxınlığındakı dəmir yolu körpüsünə hava zərbəsi endirib.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, zərbə nəticəsində körpü dağılıb, yaxınlıqdakı dəmir yolu stansiyasına isə ziyan dəyib.
ABŞ ölkənin əsas neft ixrac mərkəzi olan İran sahillərindəki Xarq adasında hərbi obyektlərə zərbə endirib.
Moderator.az-ın xəbərinə görə, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri iki ABŞ rəsmisinə istinadən məlumat verib.
Nəşrin məlumatına görə, zərbələr aprelin 7-də səhər tezdən Şərq vaxtı ilə endirilib və 50-dən çox hədəfi təsir altına alıb. Eyni zamanda, adanın neft infrastrukturuna zərər dəyməyib.
İranın əsas neft terminallarının yerləşdiyi Xarq adası ABŞ və İsrail tərəfindən hava hücumları seriyasına məruz qalıb.
Bu barədə Moderator.az "Mehr" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, adada bir neçə partlayış səsi eşidilib. Lakin dəyən zərər, ölən və ya yaralananlar, hücuma məruz qalan obyektlər barədə dəqiq məlumat yoxdur.
Daha əvvəl bildirildiyinə görə, Prezident Donald Tramp ABŞ-nin Xarq adasını ələ keçirməyə cəhd edəcəklərini istisna etməyib və Vaşinqtonun bir çox hərəkət variantının olduğunu bildirib. Amerika lideri, həmçinin ABŞ-nin adanı asanlıqla ələ keçirə biləcəyinə əminliyini də ifadə edib.
Agentlik, həmçinin bildirib ki, ABŞ və İsrailin dəmir yolu körpüsünə endirdiyi zərbələr nəticəsində İranın Kaşan şəhərində ən azı iki nəfər ölüb, üç nəfər yaralanıb.
İrandakı sosial şəbəkələr və yerli mənbələr Kaşan şəhəri (İsfahan əyaləti) yaxınlığında baş verən güclü partlayış barədə məlumat verirlər. İlkin məlumatlara görə, partlayışın hədəfi "Yəhya-Abad" körpüsü olub ki, dəmiryol xətti bu ərazidən keçir.
Qeyd edilib ki, Kaşan şəhəri Tehran-İsfahan-Şiraz kritik nəqliyyat oxunda yerləşir. "Yəhya-Abad" körpüsünün partlaması faktiki olaraq ölkənin şimalı ilə cənubu arasında hərbi yüklərin və yanacağın daşınması üçün istifadə olunan əsas logistik arteriyasını kəsir.
Həmçinin bildirilir ki, Tehranın şimal-qərbində yerləşən Qəzvin şəhərindəki dəmiryol xətti ABŞ və İsrail tərəfindən hücuma məruz qalıb.