ABŞ Prezidenti Donald Tramp İrana yönəlik dəhşətli xəbərdarlıq edib. O deyib ki, Vaşinqtonun tələbləri yerinə yetirilməyəcəyi halda 7 aprel gecəsi bütün bir sivilizasiya məhv olacaq.
Moderator.az-ın xəbərinə görə, bu barədə Ağ Ev lideri "Truth" sosial şəbəkə hesabında yazıb:
"Bu gecə bütün bir sivilizasiya məhv olacaq və bir daha heç vaxt dirildə bilməyəcəklər. Mən istəmirəm ki, bu baş versin, amma ehtimal ki, belə də olacaq. Lakin İranda tam və total rejim dəyişikliyi baş verdiyi zaman - digər, daha ağıllı, daha az radikal düşüncəli zəkalar üstünlük təşkil etdiyi vaxt ola bilər ki, nəsə inqilabi gözəl bir şey baş verəcək, kim bilir? Biz bunu bu gecə, dünyanın uzun və mürəkkəb tarixinin ən vacib anlarından birində biləcəyik. 47 illik şantaj, korrupsiya və ölümlər nəhayət ki, sona çatacaq. Allah böyük İran millətinə xeyir versin!"
