İran
Dünya
193
17:40, Bu gün

İran "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinə qanadlı raketlərlə zərbə endirib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hind okeanında "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinə qanadlı raketlərlə zərbələr endirdiyini iddia edib.

Moderator.az-ın xəbərinə görə, bu barədə verir ki, İran dövlət televiziyası məlumat verib.

"ABŞ-nin "CVN-72" ("USS Abraham Lincoln" - red.) aviasiya zərbə qrupunun Hind okeanındakı mövqeləri də, uzunmənzilli dəniz qanadlı raketləri ilə hücuma məruz qalıb", - deyə məlumatda bildirilib.

SEPAH, həmçinin iddia edir ki, Oman körfəzində İsrailə aid hərbi yük daşıyan konteyner gəmisinə də zərbə endirib.

"İsrailə məxsus konteyner gəmisi kəşfiyyat əməliyyatı və raket hücumu nəticəsində vurulub", - deyə İranın dövlət televiziyası qeyd edib.

SEPAH-ın məlumatına görə, gəmi BƏƏ-nin Xor-Fakkan limanına gedirmiş və oradan hərbi avadanlıq quru yolu ilə İsrailə çatdırılmalı imiş.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər