İstanbuldakı İsrail konsulluğuna hücuma Ərdoğandan REAKSİYA
Dünya
839
17:35, Bu gün

İstanbuldakı İsrail konsulluğuna hücuma Ərdoğandan REAKSİYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı silahlı insidenti pisləyib.

Moderator.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə lideri ROKETSAN istehsal obyektlərinin açılışı mərasimində deyib.

O qeyd edib ki, terrorun hər növü ilə Türkiyə mübarizəni qətiyyətlə davam etdirəcək:

"Təxribatlarla Türkiyənin təhlükəsizlik mühitinə zərər vurulmasına imkan verməyəcəyik".

Qeyd edək ki, İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında atışma baş verib, bir şübhəli öldürülüb, ikisi yaralı halda ələ keçirilib. Həmçinin 2 polis əməkdaşı xəsarət alıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər