20:56
12°C
Bakı
“Ermənistan baş naziri olmağa iddialı rusiyalı oliqarx Samvel Karapetyan savadsızdır, nə oxuya, nə də yaza bilir”.
Moderator.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Samvel Karapetyanın adından sosial media səhifəsində dərc olunmuş mətnlərə və bəyanatları şərh edərkən deyib.
“Savadsız olduğu üçün rusiyalı oliqarxın onun adından paylaşılan mətnləri özünün yazmadığı aşkar və mübahisəsizdir. O qədər savadsızdır ki, ona verilən yazılı mətni belə üzündən oxuya bilməz. Buna görə də ictimaiyyətin qarşısına çıxmır, öz ağzı ilə danışmır. Bəs bu halda onun mətnlərini kim yazır?”, - Rubinyan qeyd edib.
(teleqraf)