Trampa kim məsləhət verir? - Müharibənin taleyini müəyyən edən 6 şəxs
Dünya
418
17:20, Bu gün

Trampa kim məsləhət verir? - Müharibənin taleyini müəyyən edən 6 şəxs

ABŞ prezidenti Donald Trampın İrana qarşı sərt sözləri gözlərin Vaşinqtondan gələcək qərara yönəlməsinə səbəb olub.

Moderator.az xəbər verir ki, “Al Jazeera”-nin dərc etdiyi təhlilə əsasən, Trampın İranla bağlı qərarlarına 6 şəxs təsir göstərir.

Təhlildə bildirilib ki, Trampın komandası İrana hücumları artırmaq istəyən "Qarğalar", müharibənin xərcləri ilə bağlı narahat olan praqmatik fiqurlar və diplomatiyanı "danışıq sənəti" kimi görən qeyri-rəsmi məsləhətçilər olaraq üç əsas qrupa bölünür. Qeyd olunur ki, bu bölünmə müharibənin istiqamətinə birbaşa təsir göstərə biləcək daxili mübarizəyə çevrilib.

ABŞ müdafiə naziri Pit Heqset müharibənin ən qəti tərəfdarlarından biri hesab olunur. Bildirilir ki, Heqset məhdud əməliyyatlar əvəzinə "maksimum güc"dən istifadəni müdafiə edir və diplomatiya əvəzinə hərbi təzyiqi artırmaq istəyir. Hətta onun daha əvvəl “danışıqlar bombalarla aparılmalıdır" deməsi də xatırladılıb.

Ağ Evin Baş Qərargah rəisinin müavini Stiven Miller də oxşar mövqedədir. Millerin "Dünya beynəlxalq nəzakətlə deyil, güclə idarə olunur" sözləri onun İrana hər hansı güzəştə getməyə qarşı olduğunun subutu olduğu bildirilib.

ABŞ xarici işlər naziri Marko Rubio isə administrasiya daxilində müharibənin siyasi strategiyasını idarə edən şəxs kimi ortaya çıxıb. Rubionun yanaşması təhlildə "əvvəlcə məhv edin, sonra danışıqlar aparın" kimi təqdim olunub.

Vurğulanıb ki, bu ideyanın məqsədi İranı tamamilə dəyişdirmək deyil, onun nüvə və ballistik imkanlarını məhdudlaşdırmaq, eyni zamanda ABŞ və İsrailin “qırmızı xətləri”nə uyğunlaşdırmaqdır.

Digər tərəfdən, vitse-prezident Cey Di Vens daha ehtiyatlı mövqe tutub. İraq təcrübəsi səbəbindən "sonsuz müharibələrə" qarşı olan Vensin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün məhdud bir strategiyaya diqqət yetirdiyi qeyd edilib. Həmçinin bildirilib ki, Tramp uzunmüddətli müharibənin bir sıra böhranlara səbəb olacağından narahat olduğu üçün təhlükəsiz çıxış yolu axtarır. Məlumata görə, Trampın narahat olduğu məsələlər, ABŞ iqtisadiyyatının zəifləməsi, enerji qiymətlərinin artması və müharibənin 2028-ci il seçkilərinə təsir etməsidir.

Trampın rəsmi diplomatik kanallardan kənarda etibar etdiyi iki ad isə Cared Kuşner və Stiv Uitkoffdur. Qeyd olunub ki, bu ikili diplomatiyaya "böyük daşınmaz əmlak sövdələşmələri" kimi yanaşır və birbaşa liderlərlə əlaqə saxlayaraq prosesi idarə edir.

Təhlilə görə, Trampın qarşısında müharibəni genişləndirmək və ya diplomatik çıxış yolu tapmaq kimi iki yol var.

 

(publika)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər