19:09
14°C
Bakı
Türkiyəli aktrisa Nilperi Şahinkaya ilə rejissor sevgilisi Baturalp Bekar ayrılıb.
Ayrılığa səbəb aktrisanın rejissor barəsində səsləndirdiyi ittihamlar olub. Belə ki, Nilperinin sözlərinə görə, onun bank kartlarından davamlı olaraq icazəsiz pullar çəkilib. O, bunun eks-sevgilisinin işi olduğunu iddia edib.
Aktrisa məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini vurğulayıb.
Baturalp haqqında səsləndirilən fikirlərə isə belə münasibət bildirib:
"Bunları mənə və münasibətimizə hörmətsizlik kimi qiymətləndirirəm. Münasibətimiz dövründə bütün məsuliyyət mənim üzərimdə idi. Nilperiyə duyduğum sayğı və sevgi onun çevrəsindəki pis niyyətli insanlar tərəfindən istismar edilir. Məsələ ilə bağlı vəkilim lazımi tədbirləri görəcək". (Axşam.az)