Bizi sosial şəbəkələrdən izləyin:
İran ABŞ-dən münaqişənin nizamlanması üzrə yeni təklif alıb: danışıqlarda Ağ Ev liderinin xüsusi nümayəndəsi Stiv Uitkoffun vitse-prezident Cey Di Vens ilə əvəz olunmasının mümkünlüyü bildirilib.
Bu barədə "Fars" agentliyi Tehrandakı mənbəyə istinadən məlumat verib.
"Tramp açıq şəkildə görüşə və saziş imzalanmasına can atır. ABŞ-nin təklifi Uitkoffun İsrailin Baş naziri Benyamin Netanyahunun yaxın çevrəsinə yaxınlığı səbəbindən mandatından uzaqlaşdırılmasını nəzərdə tutur", - deyə mənbə bildirib.
Mənbənin sözlərinə görə, Vens ilə danışıqlar İranın tələblərinə cavab olaraq ciddi dialoq üçün mühit yaratmalıdır.
Mənbə qeyd edib ki, Vaşinqton davam edən münaqişə səbəbindən gələn həftə enerjidaşıyıcılarının qiymətinin daha da yüksəlməsindən narahatdır. ABŞ tərəfi belə bir ssenarinin qarşısını almağa ümid edir. /oxu.az/