Bizi sosial şəbəkələrdən izləyin:
İngiltərədə rezident həkimlər maaşlarla bağlı uzunmüddətli mübahisə fonunda növbəti altıgünlük tətilə start veriblər.
Moderator.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu, sayca 15-ci belə aksiyadır. Tətil bu gün saat 07:00-da başlayıb.
Məlumata görə, rezident həkimlər Milli Səhiyyə Xidmətində tibb işçilərinin təxminən yarısını təşkil edirlər. Təcili hallarda xidmətin davamlılığının təmin olunması üçün təcrübəli həkimlər işə cəlb edilsələr də, planlaşdırılmış bəzi müalicə və qəbul vaxtları təxirə salınıb.
Tətil Britaniya Tibb Assosiasiyası üzvləri tərəfindən təşkil olunub.