Bizi sosial şəbəkələrdən izləyin:
Səudiyyə Ərəbistanını Bəhreynlə birləşdirən Kral Fəhd körpüsü İranın krallığın Şərq əyalətinə əlavə hücumlar etmək təhdidlərindən sonra bağlanıb.
Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Qeyd edək ki, Kral Fəhd körpüsü Əl-Xubar şəhərini ada dövləti olan Bəhreynlə birləşdirən mürəkkəb körpülər və bəndlər kompleksidir.
Strateji əhəmiyyətli bu tikili Səudiyyə Ərəbistanının kralı Fəhd ibn Əbdüləziz Əl Səudun şərəfinə adlandırılıb.
Regionda gərginliyin artması fonunda körpünün fəaliyyətinin dayandırılması təhlükəsizlik tədbirlərinin gücləndirilməsi kimi qiymətləndirilir.
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi son bir neçə saat ərzində ən azı 18 dronu ələ keçirdiyini və məhv etdiyini bildirib. Nazirlik daha əvvəl ölkənin şərq hissəsi üzərində yeddi raketin məhv edildiyini, raketlərin qalıqlarının enerji obyektlərinin yaxınlığında düşdüyünü bildirib.