İran müharibəni bitirmək üçün 10 maddəlik plan TƏKLİF ETDİ
Dünya
620
12:12, Bu gün

İran müharibəni bitirmək üçün 10 maddəlik plan TƏKLİF ETDİ

İran müharibəyə son qoymaq məqsədilə hazırladığı 10 bənddən ibarət planı Pakistan vasitəçiləri ilə ABŞ-yə təqdim edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
 
Nəşrin məlumatına görə, rəsmi Tehran hücum edilməməsi barədə zəmanət, sanksiyaların tamamilə ləğvini və regiondakı müttəfiq qruplaşmalara qarşı zərbələrin dayandırılmasını tələb edir.
 
Şərtlər arasında dağıdılmış infrastrukturun bərpası üçün təzminat ödənilməsi də yer alıb.
 
Bunun müqabilində İran Hörmüz boğazını gəmilərin keçidi üçün açmağa hazır olduğunu bildirib. Lakin təklifdə hər bir gəminin keçidi üçün təxminən 2 milyon dollar rüsum ödənilməsi qeyd olunub.
 
İddia edilir ki, toplanan vəsaitin bir hissəsinin infrastrukturun bərpasına yönəldilməsi planlaşdırılır.
 
ABŞ prezidenti Donald Tramp artıq sözügedən təşəbbüsə münasibət bildirərək, bunu qeyri-kafi adlandırıb.
 
"Bu, əhəmiyyətli təklifdir, mühüm addımdır. Lakin kifayət qədər yaxşı deyil", - deyə Tramp bəyan edib.
 
Xatırladaq ki, bir müddət əvvəl ABŞ İrana özünün 15 maddəlik planını təqdim edib. Tehran isə həmin təklifləri "həddindən artıq, qeyri-adi və məntiqsiz" adlandıraraq rədd edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər