Pakistanın 12 günlük neft ehtiyatı qalıb
Dünya
194
06 Apr 2026 | 22:50

Pakistanın 12 günlük neft ehtiyatı qalıb

Pakistandakı neft ehtiyatları 12 günə kifayət edəcək.

Moderator.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Qurumdan bildiriblər ki, ehtiyatlar ölkəyə gələn yüklər və planlaşdırılan idxal hesabına qorunur.

"Neft emalı zavodları optimal səviyyədə işləyir, benzin, dizel yanacağı və neft tədarükü ilə bağlı ümumi vəziyyət sabit qalır", - deyə Maliyyə Nazirliyi bəyan edib.

Xatırladaq ki, martın 9-da Pakistan hökuməti Yaxın Şərqdəki vəziyyət və Fars körfəzi ölkələrindən enerji daşıyıcılarının tədarükündə yaranan fasilələr fonunda sərt yanacaq qənaəti tədbirləri tətbiq edib.

Martın 18-dən Pakistanda məktəblərin fəaliyyəti dayandırılıb, ali təhsil müəssisələri isə onlayn təhsilə keçiblər. Dövlət qulluqçularının yarısı məsafədən iş rejiminə keçirilib, bütün dövlət müəssisələri dörd günlük iş həftəsinə keçib.

Link kopyalandı!
Son xəbərlər