Pakistan və Kanadanın XİN rəhbərləri regionda gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar
Dünya
255
06 Apr 2026 | 22:10

Pakistan və Kanadanın XİN rəhbərləri regionda gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar

Pakistanın Baş nazirinin müavini - xarici işlər naziri Məhəmməd İshaq Dar Kanadanın xarici işlər naziri Anita Anandla telefon danışığı aparıb.

Moderator.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.

"Məhəmməd İshaq Dar bu gün axşam saatlarında Anita Anandla telefon danışığı aparıb. Onlar regiondakı cari hadisələr ətrafında fikir mübadiləsi aparıb və gərginliyin azaldılmasına təcili ehtiyac olduğunu vurğulayıblar", - paylaşımda qeyd olunub.

Nazirliyin məlumatına görə, İshaq Dar Yaxın Şərqdə sülh və sabitliyin təşviqi üçün dialoq və diplomatiyanın vacibliyini qeyd edib.

"Nazirlər Pakistan-Kanada münasibətlərinin inkişafına sadiq olduqlarını təsdiqləyib, yüksək səviyyədə mübadilələrin vacibliyini vurğulayıb və sıx əlaqə saxlamaq barədə razılığa gəliblər", - məlumatda bildirilib.

Link kopyalandı!
Son xəbərlər