Azarkeş oyun zamanı həyatını itirdi
Dünya
264
20:00, Bu gün

Azarkeş oyun zamanı həyatını itirdi

Rusiyada keçirilən futbol qarşılaşması zamanı azarkeş ölümü qeydə alınıb.

Moderator.az xəbər verir ki, Birinci Liqanın XXVII turunda - "Arsenal" və "Fakel" komandaları arasında keçirilən oyun zamanı tribunada azarkeş vəfat edib.

Hadisə ötən gün Tulada reallaşan qarşılaşma zamanı baş verib. 66 yaşlı "Arsenal" azarkeşi matçı izləyərkən qəfildən dünyasını dəyişib.

"Arsenal" komandasının mətbuat xidməti açıqlamasında bildirib ki, mərhum sadiq azarkeş olub və son anlarına qədər Tula kollektivini dəstəkləyib.

Qeyd edək ki, sözügedən qarşılaşma "Fakel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər