20:11
11°C
Bakı
Ukrayna Rusiyanın Novorossiysk limanında "Admiral Makarov" freqatının məhv edildiyini açıqlayıb.
Moderator.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanının sözlərinə görə, Ukrayna dronları Rusiya Qara dəniz donanmasının freqatı olan "Admiral Makarov"u gecə vaxtı vurub.
O, Ukrayna kəşfiyyatının hazırda "Kalibr" qanadlı raketlərini daşıya bilən gəmiyə dəyən ziyanın miqyasını müəyyənləşdirdiyini deyib.
Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev isə regiona dron hücumunu təsdiqləyib.
O, bir neçə evə ziyan dəydiyini, səkkiz nəfərin yaralandığını və bir neçə müəssisənin ərazisində dron qalıqlarının tapıldığını bildirib.
Qubernator hərbi obyektlərə mümkün zərbə barədə ətraflı məlumat verməyib.