19:57
11°C
Bakı
Rusiya Xarici İşlər Nazirliyi Yaponiya ilə Ukraynanın PUA sahəsindəki əməkdaşlığını açıq düşmənçilik hərəkəti kimi qiymətləndirir.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Moskva bu hərəkəti açıq şəkildə düşmənçilik və Rusiyanın təhlükəsizlik maraqlarına zərərli hesab edir.
Zaxarova Ukraynada Yaponiya ilə birgə yaradılacaq PUA istehsalı müəssisələrinin Rusiya ordusu üçün qanuni hərbi hədəf olacağını deyib.
Qeyd edək ki, Yaponiyanın dron istehsalçısı “Terra Drone Corporation” şirkəti Ukraynanın pilotsuz uçuş aparatı istehsalçısı “Amazing Drones” ilə əməkdaşlıq müqaviləsi bağlayıb.