19:50
11°C
Bakı
İranın Mərvdəşt şəhərindəki neft-kimya kompleksi ABŞ və İsrailin zərbələri nəticəsində zərər çəkib və obyektlərdən birində yanğın baş verib.
Moderator.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.
"Yanğın neft-kimya kompleksinə hücumdan bir neçə dəqiqə sonra lokallaşdırılıb. Yalnız kiçik bir hissəyə ziyan dəyib", - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, hadisə zamanı xəsarət alan olmayıb və obyektin fəaliyyəti pozulmayıb.