Antonio Kosta Məsud Pezeşkiana zəng etdi, qisası dayandırmağa çağırdı - FOTO
Dünya
191
17:06, Bu gün

Antonio Kosta Məsud Pezeşkiana zəng etdi, qisası dayandırmağa çağırdı - FOTO

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Kosta İran prezidenti Məsud Pezeşkiana zəng edərək Tehranı ABŞ və İsrailin hücumlarına qarşı qisas almağı dayandırmağa, Hörmüz boğazında gəmiçiliyi bərpa etməyə, danışıqlara başlamağa çağırıb.

Moderator.az xəbər verir ki, A.Kosta bu barədə "X" sosial media hesabında yazıb.

"Prezident Pezeşkianla telefon danışığımda vurğuladım ki, Aİ İranı regiondakı ölkələrə hücumları dərhal dayandırmağa və Hörmüz boğazında naviqasiya azadlığını bərpa etməyə çağırır. Gərginliyin artması atəşkəsə və sülhə gətirib çıxarmayacaq. Bunu yalnız danışıqlar edə bilər", - deyə paylaşımda qeyd olunub.

Antonio Kosta Məsud Pezeşkiana zəng etdi, qisası dayandırmağa çağırdı - FOTO

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər