19:05
12°C
Bakı
"İran müvəqqəti atəşkəs müqabilində Hörmüz boğazını açmayacaq"
Moderator.az xəbər verir ki, bu barədə İranın yüksəkvəzifəli rəsmisi "Reuters" agentliyinə müsahibəsində bildirib.
O əlavə edib ki, Tehran Vaşinqtonun daimi atəşkəsə hazır olmadığına inanır. Rəsmi şəxs İranın Pakistanın təcili atəşkəs təklifini aldığını və hazırda onu araşdırdığını təsdiqləyib. Bildirib ki, Tehran müəyyən bir müddət ərzində qərar qəbul etmək üçün təzyiq göstərmək cəhdlərini rədd edir.