İran ABŞ-nin və İsrailin gəmilərini vurduğunu bəyan etdi
Dünya
299
16:40, Bu gün

İran ABŞ-nin və İsrailin gəmilərini vurduğunu bəyan etdi

İran hərbçiləri ABŞ-yə məxsus "USS Tripoli" (LHA-7) amfibiya hücum gəmisinə zərbə endirərək onu Fars körfəzinin cənub istiqamətinə doğru geri çəkilməyə vadar edib.

Moderator.az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti rəsmi bəyanat yayıb.

"İçərisində 5000 nəfərdən çox dənizçi və piyadanın yer aldığı Amerika Birləşmiş Ştatlarına məxsus LHA-7 ("USS Tripoli" - red.) amfibiya gəmisi intensiv və ardıcıl zərbələrin hədəfinə çevrilib. Nəticədə gəmi cənubi Hind okeanının dərinliklərinə doğru uzaqlaşmağa məcbur qalıb", - deyə açıqlamada qeyd olunub.

Bundan əlavə, SEPAH İsrailə aidiyyəti olan "SDN-7" yük gəmisinin də vurulduğunu bəyan edib.

Sözügedən konteyner gəmisinə zərbə endirilməsi barədə daha öncə "Fars" informasiya agentliyi xəbər yaymışdı.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər