19:38
11°C
Bakı
İsrail İranın ən böyük neft-kimya zavoduna zərbə endirib.
Moderator.az-ın xəbərinə görə, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.
Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri (IDF) İranın Əsəluyə bölgəsində yerləşən və ölkənin neft-kimya ixracatının 50%-ni təmin edən təsisatı vurub.
Katz qeyd edib ki, ötən həftə endirilən zərbələr də nəzərə alındıqda, İranın neft-kimya məhsullarının ixracat potensialının 85%-i məhv edilib.