Lukaşenko: KTMT Ermənistanla münasibətlərdə çox korrekt davranmalıdır
Dünya
243
16:00, Bu gün

Lukaşenko: KTMT Ermənistanla münasibətlərdə çox korrekt davranmalıdır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanla işində çox diqqətli və korrekt olması lazımdır.

Moderator.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün KTMT-nin Baş katibi Taalatbek Masadıkov ilə görüşdə bildirib.

Ermənistanın KTMT çərçivəsində işi dəstəkləməməsinə baxmayaraq, təşkilatda qalmasına diqqət çəkən Belarus lideri bu ölkə ilə diqqətli davranmağı tövsiyə edib.

“Çox korrekt olmalıyıq. Ermənistanda bu baxımdan vəziyyət mürəkkəbdir, xüsusilə seçki dövründə. Çox çətin vəziyyətdir. Buna görə də Ermənistanla münasibətlərdə çox diqqətli və ehtiyatlı davranmalıyıq”, – Lukaşenko vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər