Bağdadda ABŞ hərbi bazası raket və dronlarla vuruldu
Dünya
176
13:12, Bu gün

Bağdadda ABŞ hərbi bazası raket və dronlarla vuruldu

Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı "Viktoriya" (Qələbə) hərbi bazası kompleksinə təşkil edilmiş hücum ərazidə irimiqyaslı yanğına səbəb olub.
 
Moderator.az xəbər verir ki, müvafiq məlumatı xarici media qurumları paylaşıblar.
 
Bildirilir ki, hərbi obyektə zərbələr qısamənzilli raketlər və kamikadze PUA-lar vasitəsilə endirilib. Gecə saatlarında baş tutan əməliyyat zamanı bir neçə raket və minimum üç dron hava hücumundan müdafiə (HHM) sistemlərini aşaraq bazaya daxil ola bilib.
 
İraqın paytaxtı yaxınlığında yaşayan əhali ən azı altı şiddətli partlayış səsini eşitdiyini, ardınca bazanın logistik mərkəzi tərəfdən qara tüstü və alov qalxdığını qeyd ediblər. Bu hücumun əsas hədəfinin Bağdad Diplomatik Dəstək Mərkəzinin ola biləcəyi güman edilir.
 
İraqın təhlükəsizlik qüvvələrinin yaydığı ilkin məlumatlara əsasən, insident zamanı hərbi obyektdə azı beş nəfər xəsarət alıb. Endirilən zərbələr tikililərə və böyük ehtimalla yanacaq çənlərinə ağır zərər vurub.
 
Hadisənin məsuliyyətini özündə iranmeyilli silahlı dəstələri cəmləşdirən "Islamic Resistance in Iraq" (İraq İslami Müqaviməti) təşkilatı üzərinə götürüb. Silahlı qruplaşma bu addımın Amerika Birləşmiş Ştatlarına məxsus obyektlərə qarşı aparılan əməliyyatların növbəti mərhələsi olduğunu vurğulayıb.
 
Hücumdan sonra hüquq-mühafizə orqanları tərəfindən Bağdadın Radvaniya bölgəsində dron buraxılışı üçün istifadə edildiyi şübhə doğuran, yanmış vəziyyətdə olan KIA markalı pikap tapılıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər