İran üzərində vurulan qırıcı - Pilotu kim xilas etdi?
Dünya
393
05 Apr 2026 | 22:52

İran üzərində vurulan qırıcı - Pilotu kim xilas etdi?

İsrailin müdafiə naziri İsrael Katz ABŞ və İsrailin birgə əməliyyatı nəticəsində vurulan F-15E qırıcısının pilotunun xilas edildiyini açıqlayıb.

Moderator.az xəbər verir ki, nazir bu əməliyyatın iki ölkə arasında hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu bir daha göstərdiyini bildirib.

Onun sözlərinə görə, pilotun xilas edilməsi son dərəcə riskli şəraitdə həyata keçirilib və əməliyyat zamanı maksimum koordinasiya təmin olunub. Katz vurğulayıb ki, bu cür əməliyyatlar yalnız yüksək səviyyəli əməkdaşlıq sayəsində mümkün olur.

Nazir eyni zamanda İran ərazisində həyata keçirilən son zərbələr barədə də danışıb. O bildirib ki, İsrail ordusu İranın neft-kimya sənayesinin əsas obyektlərini hədəfə alıb və bu hücumlar ötən həftə polad istehsalı müəssisələrinə edilən zərbələrin davamıdır.

 

(musavat)

Link kopyalandı!
Son xəbərlər