Nigeriyada silahlı hücum: 17 nəfər öldürüldü
Dünya
202
05 Apr 2026 | 22:50

Nigeriyada silahlı hücum: 17 nəfər öldürüldü

Naməlum silahlı şəxslər Nigeriyanın cənub-şərqində yerləşən Mbalom kəndinə hücum edərək ən azı 17 mülki şəxsi qətlə yetirib.

Moderator.az xəbər verir ki, bu barədə yerli sakinlərə istinadla "Daily Post" qəzeti məlumat yayıb.

İlkin məlumata görə, hücum Katolik Pasxası zamanı baş verib. Hücumçular yaşayış evlərini yandırıblar, bir neçə sakin isə itkin düşüb.

Nigeriya son 20 il ərzində terrora qarşı mübarizə aparır, əvvəllər əsasən şimal və şimal-şərq bölgələrində, indi isə cənub-şərqdə də təhlükə artıb. 2025-ci ilin dekabrından ABŞ Nigeriyaya bu sahədə dəstək verir, yüzlərlə hərbçi, silah və sursat göndərib. Lakin “Boko Haram” qruplaşmasının hücumları yeni bölgələrə də yayılır.

Link kopyalandı!
Son xəbərlər