02:23
11°C
Bakı
İsrail Livan ərazisinə yeni hava zərbələri endirib.
Moderator.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərbələrin hədəfləri arasında "Hizbullah" təşkilatının silahlı qanadına məxsus komanda mərkəzləri də olub. Bu obyektlər Beyrut ətrafında yerləşir.
Bundan əlavə, "Al-Amana" şirkətinə məxsus yanacaqdoldurma məntəqələri də yenidən hücuma məruz qalıb. İsrail tərəfinin iddiasına görə, bu şəbəkə "Hizbullah"ın nəzarəti altındadır və təşkilatın maliyyə mənbələrindən biri kimi istifadə olunur.
Məlumata görə, martın 2-dən etibarən "Hizbullah"a qarşı aparılan əməliyyat çərçivəsində İsrail ordusu "Al-Amana" şəbəkəsinə məxsus 15-dən çox yanacaqdoldurma məntəqəsinə zərbələr endirib.